16 dekabr 2025. Çərşənbə axşamı

Qarabağ millinin üzvü ilə gücləndi


  • Transfer
  • 14:34 12.01.2022
  • Oxunma sayı: 177
Qarabağ millinin üzvü ilə gücləndi

"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk hesabı məlumat yayıb.

Ağdam təmsilçisi 22 yaşlı qolkiperi Polşanın "Yagelloniya" klubundan mövsümün sonunadək icarəyə götürüb. Quqeşaşvilinin icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam klubuna məxsusdur.

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış edən oyunçu müqavilə ilə Polşa "Yagelloniya"sına məxsusdur. Quqeşaşvili bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.







Transfer