- Transfer
- 23:59 15.12.2025
"Keşlə" klubu qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib.
Corner.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalanıb.
28 yaşlı futbolçu cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.
Xatırladaq ki, F.Floresi son olaraq Hondurasın "Real CD España" komandasında çıxış edib.