İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Portuqaliyanın “Portu” klubunun yarımmüdafiəçisi Serjio Oliveyranı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. “Canavarlar” yarım illik icarə üçün Portuqaliya təmsilçisinə 1 milyon avro ödəyəcək.
Oliveyra “Portu”nun yetirməsidir. Portuqaliyalı futbolçu, bu komandanın heyətində 174 matça çıxıb, 39 qol vurub, 24 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi həm də Portuqaliya yığmasının üzvüdür. O, millinin heyətində 14 matça çıxıb.