Uruqvaylı müdafiəçi Dieqo Qodin İtaliyanın “Kalyari” klubundan ayrılıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
Braziliyanın “Atletiko Mineyro” klubu Qodini transfer edib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Təcrübəli futbolçu “Kalyari”dən əvvəl İtaliyada “İnter”, İspaniyada “Vilyarreal”, “Atletiko”da çıxış edib.
“Kalyari” Qodinin gedişindən sonra heyətinə yeni müdafiəçi cəlb edib. A Seriyası təmsilçisi “Sassuolo”dan Eduardo Qoldaniqanı transfer edib. Bu keçidə görə qarşıı tərəfə 400 min avro ödənilib. 28 yaşlı italiyalı futbolçu bu mövsüm “Sassuolo”da cəmi 1 matça çıxıb. O, əvvəllər “Cenoa”, “Frozinone”, “Palermo”, “Yuventus”, “Peruca” və “Piza”da da oynayıb.