4 iyul 2026. Şənbə

Barselona türk futbolçu ilə yollarını ayırdı


  • Transfer
  • 15:48 13.01.2022
  • Oxunma sayı: 159
Barselona türk futbolçu ilə yollarını ayırdı

İspaniyanın "Barselona" klubu futbolçusu Yusuf Demirlə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türk əsilli avstriyalı yarımmüdafiəçi ilə icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 18 yaşlı futbolçu sabiq komandası olan "Rapid Vien"ə qayıdıb.

İddiaya görə, Kataloniya təmsilçisinin Demirlə  vidalaşmasına səbəb, onun "Barselona"nın heyətində 10 rəsmi matça çıxacağı halda, Avstriya klubunun 10 milyon avro təzminat istəməsi olub. Bu üzdən La Liqa klubu 9 rəsmi oyun keçirmiş yarımmüdafiəçini göndərməyə qərar verib.

Qeyd edək ki, Yusuf Demir İspaniya çempionatında 3, UEFA Çempionlar Liqasında isə 6 qarşılaşmada meydana çıxıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır