İngiltərənin “Arsenal” klubu futbolçusu Folarin Baloqunu icarəyə verib. Corner.az xəbər verir ki, 20 yaşlı hücumçu mövsümün sonuna qədər “Midlsbro”nun uğurları üçün çalışacaq. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Arsenal”ın yetirməsi olan Baloqun karyerası ərzində ilk dəfə icarəyə verilib. İngiltərə millsinin U-21-də çıxış edən futbolçu London təmsilçisi ilə bu mövsüm 10 oyunda 2 qol vurub.