Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olan Liqa 1 klubu konqolu hücumçu Sedrik Bakambunu transfer edib.
Bu barədə Marsel təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 30 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. O, yeni komandasında “13” nömrəli forma ilə çıxış edəcək.
Konqo yığmasının üzvü son olaraq Çinin “Beytszin Qoan” klubunda çıxış edib. O, bu komandanın heyətində meydana çıxdığı 87 oyunda 58 qol vurub, 21 məhsuldar ötürmə edib
Marsel “Olimpik”i ilə “Qarabağ” arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab oyunu isə ayın 24-də Bakıda baş tutacaq.