7 aprel 2026. Çərşənbə axşamı

Sumqayıt Araz Abdullayevlə müqavilə imzaladı


  • Transfer
  • 10:55 15.01.2022
  • Oxunma sayı: 174
Sumqayıt Araz Abdullayevlə müqavilə imzaladı

“Sumqayıt” klubu dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb.

Azərbaycan millisinin üzvü "gənclik şəhəri" təmsilçisində 78 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Araz Abdullayev “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios” (Yunanıstan) “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ” və “Boluspor” (Türkiyə) kimi klubların uğurları üçün də çalışıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi