4 iyul 2026. Şənbə

Qarabağ'ın rəqibinə transfer qadağası qoyuldu


  • Transfer
  • 17:42 15.01.2022
  • Oxunma sayı: 156
Qarabağ'ın rəqibinə transfer qadağası qoyuldu

FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi olan Fransanın Marsel "Olimpik"ini cəzalandırıb.

Corner.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərə "Uotford"undan "Marsel"ə keçib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır