4 iyul 2026. Şənbə

Neftçi Pato üçün nə qədər pul ödəyib?


  • Transfer
  • 12:49 16.01.2022
  • Oxunma sayı: 158
Neftçi Pato üçün nə qədər pul ödəyib?
Braziliyalı hücumçu Gilyermo Patonun “Neftçi”yə keçidinin detalları məlum olub. Corner.az “transfermarkt” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” 20 yaşlı futbolçu üçün klubu “İnternasional”a 100 min avro ödəyib.
 
Pato ilə müqavilənin müddəti isə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Lakin “Neftçi” Pato ilə müqavilənin detallarını hələ açıqlamaq istəmir.
 
Karyerası ərzində “İnternasional”, “Kyuba” və “Ponte Preta”da çıxış edən Pato, bu komandalarla ümumilikdə 44 matça çıxıb və 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır