4 iyul 2026. Şənbə

Super Liqa klubundan 2 yeni transfer


  • Transfer
  • 17:40 16.01.2022
  • Oxunma sayı: 153
Super Liqa klubundan 2 yeni transfer
Türkiyənin “Kayserispor” klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fatih Karagümrük”dən Andrea Bertolaççini, “Trabzonspor”dan isə Abdulkadir Parmakı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bertolaççi ilə 2.5 illik müqavilə imzalanıbsa, Parmak mövsümün sonuna qədər icarə əsasında Kayseri təmsilçisində çıxış edəcək.
 
Andrea Bertolaççi 2020-ci ildən “Fatih Karagümrük”də forma geyinirdi. “Roma”nın yetirməsi olan 31 yaşlı yarımmüdafiəçi ölkəsində “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”nın da uğurları üçün çalışıb. O, İtaliya yığmasında 5 oyun keçirib.
 
Abdulkadir Parmak isə “1461 Trabzon” klubunun yetirməsidir. O, 2016-cı ildən “Trabzonspor”da çıxış edir. Yarımmüdafiəçi müxtəlif vaxtlarda “Ümraniyəspor”, “Altınordu” və “Adana Dəmirspor” klublarında da icarədə oynayıb. 27 yaşlı futbolçu Türkiyə millisində 1 oyuna çıxıb.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır