4 iyul 2026. Şənbə

Çelsi onu bu dəfə satdı


  • Transfer
  • 17:46 16.01.2022
  • Oxunma sayı: 146
Çelsi onu bu dəfə satdı
"Çelsi” klubu futbolçusu Lyuis Beykeri satıb. Corner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Stok Siti” klubuna transfer olunub. 
 
Bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. "Stok Siti" ingilis futbolçu ilə 2.5 illik müqavilə imzalayıb.
 
“Çelsi”nin yetirməsi olan Beyker 2014-cü ildən əsas komandada çıxış edib. Yarımmüdafiəçi “zadəganlar”la 8 ildə cəmi 2 dəfə rəsmi oyuna çıxıb.
 
Beyker İngiltərədə “MK Dons”, “Şeffild Uenzdey”, “Ridinq”, “Lids”, Almaniyada “Fortuna”, Türkiyədə “Trabzonspor”, Niderlandda “Vitess” kimi klublarda icarədə olub.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır