4 iyul 2026. Şənbə

Eriksen Premyer Liqa klubu ilə müqavilə imzalayacaq


  • Transfer
  • 19:30 16.01.2022
  • Oxunma sayı: 182
Eriksen Premyer Liqa klubu ilə müqavilə imzalayacaq

Son olaraq “İnter”də çıxış edən və hazırda azad agent olan danimarkalı yarımmüdafiəçi Kristian Eriksen karyerasını İngiltərədə davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Məlumatda, 29 yaşlı futbolçunun Premyer Liqanın bir klubu ilə danışıqlar apardığı və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.

Danimarkalı futbolçunun görüşdüyü klubun adı açıqlanmayıb.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır