4 iyul 2026. Şənbə

Mançester Siti Real'ın futbolçusuna elçi düşdü


  • Transfer
  • 20:14 16.01.2022
  • Oxunma sayı: 165
Mançester Siti Real'ın futbolçusuna elçi düşdü

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Corner.az "El Nacional"a istinadən xəbər verir ki, "Mançester Siti" braziliyalı hücumçu ilə yaxından maraqlanır.

İddiaya görə, "şəhərlilər" artıq 21 yaşlı futbolçu ilə bağlı "kral klubu"na rəsmi təklif də göndərib. Mançester təmsilçisi Junioru cari mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Məşqçilər heyəti gənc futbolçunu "Barselona"ya transfer olunan Ferran Torresin əvəzləyicisi kimi görür.

Ancaq Madrid klubunun Junioru satmağı düşünmədiyi bildirilib. Danışıqların davam etdiyi vurğulanıb.

Qeyd edək ki, 2018-ci ildən "Real Madrid"də çıxış edən Vinisius Junior Madrid təmsilçisində ümumilikdə 145 oyun keçirib. Hücumçu bu qarşılaşmalarda 29 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır