4 oktyabr 2026. Bazar günü

Qarabağ'ın rəqibi argentinalı hücumçusunu göndərir


  • Transfer
  • 12:57 17.01.2022
  • Oxunma sayı: 167
Qarabağ'ın rəqibi argentinalı hücumçusunu göndərir

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Marsel" "Olimpik"inin futbolçusu Dario Benedetto ilə yollarını ayıracaq.

Corner.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu ölkəsinin "Boka Xuniors" klubuna qayıdacaq.

Argentina təmsilçisi Benedettonun keçidi üçün artıq "Marsel"lə razılığa gəlib.

Argentinalı futbolçu 2021-ci ildə icarə əsasında İspaniyanın "Elçe" klubunda çıxış edib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.







Transfer