“Neftçi”nin yeni transferi Gilyerme Pato “İnternasional” (Braziliya) klubu ilə vidalaşıb. Corner.az xəbər verir ki, 21 yaşlı hücumçu bununla bağlı şəxsi “İnstaqram” hesabında yazıb.
“Bu vida üçün ən doğru söz, minnətdarlıq olardı. Bu gün karyeramda böyük bir mərhələyə yekun vururam. 9 yaşımda gəldiyim klubdan bu gün ayrılıram. Hamınıza təşəkkür edib, "çox sağ ol" deyirəm. Sevimli komandamızın peşəkar futbolçusu olmaq mən və ailəmin ən böyük xəyalı idi.
Bu xəyalı gerçəkləşdirdiyinə görə “İnternasional”a təşəkkür edirəm. Geridə qalan 12 ildə “İnternasional”a düşməyimdə köməyi dəyən hər bir adama minnətdarlıq edirəm. “İnternasional”a ömür boyu ürəyimdə qalacaq anlar bəxş etdiyinə görə təşəkkür edirəm”.