18 mart 2025. Çərşənbə axşamı

Eriksen Premyer Liqaya qayıdır


  • Transfer
  • 16:20 17.01.2022
  • Oxunma sayı: 267
Eriksen Premyer Liqaya qayıdır

Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Corner.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Brentford"  29 yaşlı yarımmüdafiəçiyə mövsümün sonunadək müqavilə təklif edib.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.







Transfer