Fransanın “Lill” klubunun futbolçusu Reynildo Mandava karyerasını İspaniyada davam etdirə bilər. Corner.az xəbər verir ki, “Atletiko” klubu 27 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.
Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Məlumatda, Madrid təmsilçisinin Mandavanı mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istədiyi vurğulanıb.
“Atletiko” müqaviləsi yayda sona çatacaq olan mozambikli oyunçu ilə razılışadığı və Fransa təmsilçisinə təklif göndərdiyi bildirilir.
Mozambik milli komandasının da üzvü olan Mandava bu mövsüm “Lill”lə 24 oyuna çıxıb.