7 aprel 2026. Çərşənbə axşamı

Barselona millinin üzvü ilə güclənir


  • Transfer
  • 20:20 17.01.2022
  • Oxunma sayı: 150
Barselona millinin üzvü ilə güclənir
İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Adama Traore karyerasını İspaniyada davam etdirə bilər. Corner.az xəbər verir ki,  “Barselona” klubuna 25 yaşlı hücumçunu transfer etməyə yaxındır. Bu barədə İtaliyanın TMW radiosu məlumat yayıb. Məlumatda, Traorenin meneceri Jorje Mendeş “Barselona” ilə danışıqlar apardığı vurğulanıb.
 
Kataloniya təmsilçisi ispan futbolçu üçün Premyer Liqa klubuna 20 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında razılaşma əldə olunacağı təqdirdə keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.
 
“Barselona”nın yetirməsi olan Traore 2018-ci ildən “Vulverhempton”da çıxış edir. Vinger İspaniya yığmasına da dəvət alır.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi