15 dekabr 2025. Bazar ertəsi

Qarabağ'ın rəqibi Arsenal'ın müdafiəçisi ilə güclənir


  • Transfer
  • 14:44 18.01.2022
  • Oxunma sayı: 137
Qarabağ'ın rəqibi Arsenal'ın müdafiəçisi ilə güclənir
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" "Arsenal"ın müdafiəçisi Sead Kolaşinats ilə güclənməyə yaxındır. Corner.az xəbər verir ki, "Arsenal" üzrə ixtisaslaşmış jurnalist Konnor Hamm öz "Twitter" hesabında məlumatı təsdiqləyib. 
 
“Kolaşinats  Marselə transferini başa vurmağa yaxındır. Fransızlara tətbiq olunan transfer sanksiyaları da bosniyalı futbolçunun bu yanvar pəncərəsində keçidinə təsir etməyəcək. "Olimpik Marsel"də icarə əsasında oynayan Matteo Qenduzinin də yayda birdəfəlik alınması variantında da problem olmayacaq. Çünki artıq iki klub arasında yeni müqavilə üçün razılıq əldə olunub".
 
28 yaşlı futbolçu "Arsenal" tərəfindən sərbəst buraxıla biləcəyi təqdirdə maaşını yarıya endirməyə hazır olduğu bildirilib.






Transfer