3 avqust 2026. Bazar ertəsi

Fənərbaxça'nın futbolçusu Premyer Liqa yolunda


  • Transfer
  • 17:20 18.01.2022
  • Oxunma sayı: 204
Fənərbaxça'nın futbolçusu Premyer Liqa yolunda

İngiltərənin daha 2 klubu “Fənərbaxça”nın futbolçusu Atilla Salai ilə maraqlanır.

Corner.az xəbər verir ki, “Nyukasl” və “Vest Hem” macarıstanlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

Daha əvvəl adı “Çelsi” ilə hallanan 23 yaşlı futbolçu yanvarda “Fənərbaxça”dan ayrılacağı və İngiltərənin bir klubu ilə müqavilə imzalayacağı gözlənilir.

2021-ci ilin yanvarından “Fənərbaxça”da çıxış edən Salainin “transfermarkt”da dəyəri 15 milyon avrodur.







Transfer