4 oktyabr 2026. Bazar günü

Türkiyə klubu Emreli üçün Legiya'ya təklif göndərdi


  • Transfer
  • 23:18 18.01.2022
  • Oxunma sayı: 166
Türkiyə klubu Emreli üçün Legiya'ya təklif göndərdi
Türkiyənin “Sivasspor” klubu “Legiya”nın (Polşa) azərbaycanlı hücumçusu Mahir Emrelini transfer etmək istəyir. Corner.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, Sivas təmsilçisinin 24 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərdiyini bildirib.
 
Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubundan ayrılmaq istəyir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.






Transfer