7 aprel 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi Arsenal'ın futbolçusu ilə gücləndi


  • Transfer
  • 23:46 18.01.2022
  • Oxunma sayı: 171
Qarabağ'ın rəqibi Arsenal'ın futbolçusu ilə gücləndi

*Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransanın "Olimpik Marsel"i "Arsenal"ın futbolçusu Sead Kolaşinatsı transfer edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı bosniya və herseqovinalı müdafiəçi ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Liqa 1 təmsilçisi daha əvvəl konqolu hücumçu Sedrik Bakambunu heyətinə qatmışdı.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi