4 iyul 2026. Şənbə

Türk futbolçu rəsmən ÇSKA'da


  • Transfer
  • 18:19 19.01.2022
  • Oxunma sayı: 144
Türk futbolçu rəsmən ÇSKA'da

Rusiyanın ÇSKA klubu Türkiyə millisinin futbolçusu Yusuf Yazıcını transfer edib.

Corner.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya təmsilçisi Fransanın "Lill" klubundan 24 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.ÇSKA türk futbolçunun icarəsi üçün Fransa klubuna 350 min avro ödəyib, mövsümün sonunda 12 milyon avro ödəyərək Yazıcını birdəfəlik transfer etmək hüququna da sahibdir.

Qeyd edək ki, Yusuf Yazıcı cari mövsüm "Lill"də 22 oyuna çıxıb, 1 qol vurub və Fransa çempionu olub. .







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır