- Transfer
- 23:57 07.04.2026
“Manchester United” klubunun rəhbərliyi yay transfer pəncərəsi üçün tarixi qərar qəbul edib.
Corner.az xəbər verir ki, rəhbərlik növbəti mövsümdə heyəti gücləndirmək üçün 250 milyon avro büdcə ayırıb.Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumatda, baş məşqçi Ole-Gunnar Solskjaer transferlər üçün təqdim olunan məbləğin, klub tarixinin ən yüksək büdcəsi olduğunu bildirib.
Qeyd edək ki, “ManchesterUnited”in transferdə əsas hədəfləri “Real Madrid”dən Raphael Varane və “Napoli”dən Kalidou Koulibaly'dir.