"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" "Arsenal"ın ulduz futbolçusuna "elçi düşüb". Corner.az xəbər verir ki, Fransa klubu London təmsilçisinin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq ilə yaxından maraqlanır.
Bu barədə "Sky Sports" saytı məlumat yayıb. Məlumatda, 32 yaşlı futbolçu "Olimpik Marsel"lə yanaşı PSJ, "Yuventus", "Sevilya", "Milan" və "Əl-Nəsr" kimi klubların da danışıqlar apardığı vurğulanıb.
Xatırladaq ki, hazırda futbolçu koronavirus yoluxması ilə əlaqədar olaraq xüsusi karantin rejimindədir