24 aprel 2026. Cümə

Qarabağ'ın rəqibi 14 milyona aldığı hücumçunu 3 milyona satdı


  • Transfer
  • 11:02 22.01.2022
  • Oxunma sayı: 146
Qarabağ'ın rəqibi 14 milyona aldığı hücumçunu 3 milyona satdı
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi - Marsel “Olimpik”i hücumçusu Dario Benedetto ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
 
Argentinalı hücumçu ölkəsinin “Boka Xuniors” komandasına qayıdıb. Marsel təmsilçisi bu oyunçunu 2019-cu ildə məhz Argentina klubundan 14 milyon avroya transfer etmişdi. “Boka Xuniors” isə sabiq hücumçusunu geri qaytarmaq üçün "Olimpik"ə 3 milyon avro ödəyib.
 
Argentina millisinin sabiq üzvü  2016-2019-cu illər aralığında “Boka Xuniors”da çıxış edib. 
 
“Qarabağ”la Marsel “Olimpik”i arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə fevralın 24-də Bakıda baş tutacaq.






Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı