Türkiyənin “Sivasspor” klubunun azərbaycanlı hücumçu Mahir Emreli üçün Polşa “Legiya”sına yolladığı təklifin məbləği bəlli olub. Corner.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Məlumatda, Super Liqa təmsilçisinin 24 yaşlı hücumçu üçün “Legiya”ya 400 min avro təklif etdiyi vurğulanıb.
Bu isə Varşava təmsilçisinin Mahirin satışından gözlədiyi məbləğdən çox aşağıdır. “Legiya” azərbaycanlı futbolçu üçün azı 1 milyon avro istəyir.