14 dekabr 2025. Bazar günü

Neftçi Brkiçin transfer detallarını açıqladı


  • Transfer
  • 17:17 22.01.2022
  • Oxunma sayı: 166
Neftçi Brkiçin transfer detallarını açıqladı
“Neftçi” növbəti transferini həyata keçirib. Corner.az xəbər verir ki, xorvatiyalı qapıçı İvan Brkiç ilə 1,5 illik müqavilə bağlanıb.
 
26 yaşlı futbolçu yeni komandasının heyətində 1 nömrəli formanı geyinəcək.
 
Son klubu Latviya “Riqa”sı (2021) olan qolkiper Xorvatiyanın “İstra” (2014-2017), “Lokomotiva” (2017), “İmotski” (2017), “Çibalia” (2017-2018), Bosniyanın “Zrinski” (2018-2021) komandalarında çıxış edib, Xorvatiyanın U-19 və U-21 millilərinin üzvü olub.
 
Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov və Gilyerme Patonu transfer etmişdi.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində