- Transfer
- 01:35 19.08.2026
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Renat Dadaşov "Benfica"nın diqqət mərkəzinə düşüb.
Corner.az-ın xəbərinə görə, bu barədə Portuqaliyanın "maisfutebol.iol.pt" saytı məlumat yayıb. Bildirilir ki, Lissabon təmsilçisi hazırda Sequnda təmsilçisi "Estoril"də çıxış edən 19 yaşlı hücumçunun oyununu yaxından izləyir.
Qeyd edək ki, ötən ilin yayında "Eintracht"dan "Estoril"ə keçən Renat bu mövsüm meydana çıxdığı 24 oyunda 4 qol vurub.