4 iyul 2026. Şənbə

İranlı hücumçu Bundesliqa klubunda


  • Transfer
  • 12:29 23.01.2022
  • Oxunma sayı: 163
İranlı hücumçu Bundesliqa klubunda
Rusiyanın “Zenit” klubunun futbolçusu Sərdar Azmun 2022/23 mövsümündən Almaniyanın "Bayer" klubunda çıxış edəcək. Corner.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb. İranlı futbolçu yeni komandasına "Zenit"lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək.
 
Sərdar Azmun bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 21 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Zenit"də 2019-cu ilin yanvarından çıxış edir.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır