4 iyul 2026. Şənbə

Eriksen Premyer Liqa klubu ilə müqavilə imzalayır


  • Transfer
  • 14:50 23.01.2022
  • Oxunma sayı: 181
Eriksen Premyer Liqa klubu ilə müqavilə imzalayır

Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

Corner.az əbər verir ki, hazırda azad agent olan 30 yaşlı yarımmüdafiəçi "Brentford"la anlaşıb. Tərəflər arasında 3 gün ərzində rəsmi müqavilə imzalanacağı gözlənilir.

Klub təcrübəli oyunçunun tibbi müayinədən keçdikdən sonra açıqlayacaq.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya "İnter"i olub.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır