1 oktyabr 2026. Cümə axşamı

Conte "İnter"dən 10 milyon istəyir


  • Transfer
  • 16:54 09.04.2019
  • Oxunma sayı: 539
Conte "İnter"dən 10 milyon istəyir
"İnter"lə Antonio Conte arasında bir müddətdir davam edən danışıqların bəzi detalları məlum olub.

Corner.az  xəbər verir ki, təcrübəli mütəxəssis Milan təmsilçisindən illik 10 milyon avro tələb edib. Klub rəhbərliyinin Contenin istəyinə nə cavab verəcəyi isə hələ bilinmir.

Hazırda İtaliyada ən çox qazanan məşqçi "Juventus"u çalışdıran Massimiliano Allegridir ki, onun illik məvacibi 7.5 milyon avrodur. "İnter"in hazırkı baş məşqçisi Luciano Spaletti isə ilinə 4.5 milyon avro qazanır.

Qeyd edək ki, "Milan"dan da təklif alan Contenin "İnter"də işləməyi daha çox istədiyi bildirilir.(qol.az)






Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir