4 iyul 2026. Şənbə

Azərbaycanda oynamış futbolçu rəsmən Ermənistan klubunda


  • Transfer
  • 10:14 25.01.2022
  • Oxunma sayı: 172
Azərbaycanda oynamış futbolçu rəsmən Ermənistan klubunda
Azərbaycanda “Səbail”, “Sabah” və “Keşlə” klublarının formasını geyinmiş Yevgeni Koçuk bundan sonra karyerasını Ermənistanda davam etdirəcək. Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu sözügedən ölkənin “Pünik" komandasına transfer olunub.
 
Bu barədə İrəvan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.
 
Moldovalı futbolçu 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib. Moldova millisinin də üzvü olan futbolçu son olaraq, ölkəsinin “Zimbru" klubunda çıxış edib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır