- Transfer
- 23:59 29.11.2024
“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger PSJ-nin futbolçusu Kilian Mbappe haqda açıqlama verib.
Corner.az xəbər verir ki, “Canal+” telekanalına danışan 72 yaşlı mütəxəssis, zamanın PSJ-nin əleyhinə olduğunu söyləyib:
“Zaman PSJ-yə qarşıdır. Belə bir vəziyyətdə zaman nə qədər uzanarsa, danışıqlar bir o qədər də çətinləşər. Mən bunu özümdən bilirəm. İl yarım müqaviləmin yenilənməsini gözləmişdim, amma olmamışdı.
Mbappe PSJ üçün vacib oyunçudur, lakin indi ayrılmağa yaxındır və hətta başqa klublarla da sərbəst danışıqlar apara bilər”.
23 yaşlı fransalı futbolçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.