4 oktyabr 2026. Bazar günü

Neftçi baxışda olan braziliyalı hücumçu ilə bağlı qərarını verdi


  • Transfer
  • 21:46 25.01.2022
  • Oxunma sayı: 160
Neftçi baxışda olan braziliyalı hücumçu ilə bağlı qərarını verdi

"Neftçi" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı baxışa çağırdığı panamalı futbolçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarını açıqlayıb.

Corner.az xəbər verir ki, bu barədə klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, 21 yaşlı hücumçunun çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən gənc forvard komandadan göndərilib.(report)







Transfer