23 aprel 2026. Cümə axşamı

Dadaşov Regional Liqanın ən bahalı oyunçulardan sayıldı


  • Transfer
  • 10:17 26.01.2022
  • Oxunma sayı: 138
Dadaşov Regional Liqanın ən bahalı oyunçulardan sayıldı

Almaniya Regional Liqasının ən bahalı futbolçuları açıqlanıb.

Corner.az  "Reviersport.de" saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov da yer alıb.

"Şalke"nin əvəzedici komandasında çıxış edən 30 yaşlı hücumçunun qiyməti 200 min avrodur. O, 8 futbolçu ilə birlikdə 9 - 16-cı yerləri bölüşdürür.

Liqanın ən dəyərli oyunçusu 1 milyon avro ilə "Köln"ün əvəzedici komandasında çıxış edən 20 yaşlı Tim Lemperledir.

Qeyd edək ki, Rüfət Dadaşov "Şalke"nin əsas komandasında da debüt edib.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı