18 mart 2025. Çərşənbə axşamı

Real Yoviçlə bağlı qərarını verdi


  • Transfer
  • 21:32 26.01.2022
  • Oxunma sayı: 137
Real Yoviçlə bağlı qərarını verdi

"Real” klubunda hücumçu Luka Yoviçlə bağlı qərar verilib.

Corner.az xəbər verir ki, Madrid təmsilçisi bu transfer dönəmində 24 yaşlı futbolçunu satmayacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Real” rəhbərliyi əsas hücumçu Kərim Benzemanın zədələnməsi səbəbindən Yoviçi komandada saxlamağa qərar verib.

Serbiya millisinin üzvü bu mövsüm “Real”la 15 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer