4 oktyabr 2026. Bazar günü

Xorvatiya klubu Mahir Emrelidən imtina etdi


  • Transfer
  • 10:36 28.01.2022
  • Oxunma sayı: 155
Xorvatiya klubu Mahir Emrelidən imtina etdi

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Polşa “Legiya”sına məxsus olan azərbaycanlı hücumçu Mahir Emrelini transfer etməyəcək.

Corner.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Məlumatda, “Dinamo”nun Türkiyənin “Başakşəhər” klubunun Mahir üçün təklif göndərməsindən sonra azərbaycanlıı futbolçunu heyətinə qatmaqdan imtina etdiyi vurğulanıb.

24 yaşlı futbolçunu təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran “Dinamo” İstanbul klubunun 750 min avro dəyərində təklifindən sonra geri addım atıb.







Transfer