4 iyul 2026. Şənbə

Dibala üçün Premyer Liqa variantı


  • Transfer
  • 10:39 28.01.2022
  • Oxunma sayı: 151
Dibala üçün Premyer Liqa variantı

“Yuventus”un futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az xəbər verir ki, 27 yaşlı hücumçu klubla yeni müqavilə imzalamaq istəmir və karyerasını başqa ölkədə davam etdirə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İngiltərənin “Liverpul” klubu Dibala ilə yaxından maraqlanır. Mersisayd təmsilçisi argentinalı hücumçunu yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Dibalanın “Yuventus”la sözləşməsi mövsümün sonuna qədərdir.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır