4 oktyabr 2026. Bazar günü

Real Kazemiroya əvəzləyici tapdı


  • Transfer
  • 23:21 28.01.2022
  • Oxunma sayı: 180
Real Kazemiroya əvəzləyici tapdı

İspaniyanın “Real” klubu futbolçusu Kazemiroya əvəzləyici tapıb.

Corner.az xəbər verir ki, Madrid təmsilçisi yarımmüdafiənin mərkəzinə “Monako”dan Orelyen Tuçamenini transfer etmək niyyətindədir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

“Real”ın nümayəndəsi Huni Kalafat Fransaya gedərək, 21 yaşlı futbolçunun yaxınları ilə əlaqə qurub və məlumat aldığı bildirilib.

"Çelsi" klubunun da Tuçamenlə yaxından maraqlanır.

Fransalı futbolçu bu mövsüm “Monako” ilə 31 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.







Transfer