7 aprel 2026. Çərşənbə axşamı

Liverpul 2 kluba yox dedi


  • Transfer
  • 10:44 29.01.2022
  • Oxunma sayı: 144
Liverpul 2 kluba yox dedi

“Liverpul” klubu futbolçusu Takumi Minamino üçün təklif alıb.

Corner.az xəbər verir ki, Fransanın “Monako” və İngiltərənin “Lids” klubu 27 yaşlı yarımmüdafiəçini heyətlərinə qatmaq üçün Mersisayd təmsilçisinə rəsmi təklif göndərib. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

“Liverpul” hər iki təklifi rədd edib. Klub rəhbərliyinin yapon futbolçunu satmaq niyyətində olmadığı ancaq icarə üçün gələn təklifləri dəyərləndirəcəkləri vurğulanıb.

Minamino bu mövsüm “Liverpul”la 18 oyunda 6 qol vurub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi