4 oktyabr 2026. Bazar günü

Kerrollun yeni klubu


  • Transfer
  • 19:40 29.01.2022
  • Oxunma sayı: 172
Kerrollun yeni klubu

“Liverpul”un və İngiltərə milli komandasının sabiq futbolçusu Endi Kerrollun yeni ünvanı məlum olub.

Corner.az xəbər verir ki,  “Vest Bromviç” 33 yaşlı hücumçunu heyətinə qatıb. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kerrolla sözləşmənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Daha əvvəl “Liverpul”, “Nyukasl” kimi klublarda çıxış edən hücumçu, son olaraq Çempionşipdə “Ridinq”in formasını geyinib.







Transfer