4 iyul 2026. Şənbə

Qarabağ'ın rəqibi Spartak'ın futbolçusu ilə gücləndi


  • Transfer
  • 13:52 30.01.2022
  • Oxunma sayı: 139
Qarabağ'ın rəqibi Spartak'ın futbolçusu ilə gücləndi
"Qarabağ”ın Konfrans Liqasındakı rəqibi olan Marsel “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Fransa təmsilçisi Moskva “Spartak”ından Smauel Jiqonu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.
 
Jiqo mövsümün sonuna qədər “Spartak”da icarədə çıxış edəcək. Fransalı futbolçu Marsel klubuna yayda qoşulacaq.
 
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Marsel “Olimpik”i ilə qarşılaşacaq. İlk oyun fevralın 17-də Fransada, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır