“Atalanta”nın futbolçusu Aleksey Mirançuk karyerasını “Latsio”da davam etdirə bilər.
Corner.az xəbər verir ki, paytaxt təmsilçisi 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə italiyalı jurnalist Nikola Sira şəxsi "Tviter" hesabında məlumat yayıb. O, "Latsio"nun rusiyalı futbolçunu satın almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürmək üçün iki tərəfdə razılıq əldə olunub və transferin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.
Mirançuk 2020-ci ilin yayından “Atalanta”da çıxış edir. O, bu mövsüm A Seriyasında 13 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.