4 iyul 2026. Şənbə

Barselona'dan Dieqo Kosta sürprizi


  • Transfer
  • 17:38 30.01.2022
  • Oxunma sayı: 136
Barselona'dan Dieqo Kosta sürprizi

"Atletiko Madrid" klubunun sabiq futbolçusu Dieqo Kosta karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Corner.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" 33 yaşlı hücumçunu heyətinə cəlb etmək niyyətindədir.

Kataloniya təmsilçisi futbolçusu Usman Dembele'nin komadan ayrılacağı təqdirdə Kostanı transfer edəcək.

İngiltərə mətbuatına görə isə, "Barselona"  "Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanqın transferi ilə bağlı razılaşma əldə edib.

Qeyd edək ki, Dieqo Kosta son olaraq Braziliyanın "Atletiko Mineyro" komandasının formasını geyinib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır