Polşa “Legiya”sının futbolçusu Lukinyas klubu tərk etmək istəyir Corner.az xəbər verir ki, ABŞ-ın “Nyu York Red Bulls” klubu 26 yaşlı hücumçu ilə yaxından maraqlanır. Bu barədə “Legia.net” saytı məlumat yayıb. Məlumatda, Lukinyasın MLS təmsilçisinə keçməyə yaxın olduğu vurğulanıb.
Lukinyas 2019-cu ilin yayıdan “Legiya”da çıxış edir. Hücumçu ötən ilin sonlarında azarkeşlərin “Legiya”nın avtobusuna hücumu zamanı azərbaycanlı futbolçu Mahir Emreli ilə birlikdə xəsarət almışdı. O, Mahirdən fərqli olaraq, azarkeşlərlə qalmaqalı çox qabartmamış, komanda ilə Dubay toplanışına qatılmışdı. Emreli isə “Legiya”nı tərk etmək istəyir və hələ də Varşava təmsilçisinə qayıtmayıb.