23 aprel 2026. Cümə axşamı

Eriksen rəsmən İngiltərə klubunda


  • Transfer
  • 12:52 31.01.2022
  • Oxunma sayı: 144
Eriksen rəsmən İngiltərə klubunda

Danimarka millisinin futbolçusu Kristian Eriksenin yeni klubu bəlli olub.

Corner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin İngiltərənin "Brentford" klubuna keçidi rəsmiləşib.

Təcrübəli oyunçu mövsümün sonunadək Premyer Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya "İnter"i olub.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı