11 may 2026. Bazar ertəsi

Milli komandada yeni baş məşqçi


  • Transfer
  • 16:55 31.01.2022
  • Oxunma sayı: 143
Milli komandada yeni baş məşqçi

Polşa millisinin yeni baş məşqçisi açıqlanıb.

Corner.az Polşa Futbol Assosiasiyasına istinadən xəbər verir ki, yığma Çeslav Mixneviçə tapşırılıb. 51 yaşlı mütəxəssisin müqaviləsi ilin sonunadək nəzərdə tutulub. Mixneviçin sözləşməsi daha bir il artırıla bilər.

Qeyd edək ki, Çeslav Mixneviç son olaraq Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın baş məşqçisi olub. Mütəxəssis ötən il oktyabrın 25-də istefaya göndərilib.







Transfer