19 mart 2025. Çərşənbə

Argentinalı hücumçu Mançester Siti'də


  • Transfer
  • 22:52 31.01.2022
  • Oxunma sayı: 120
Argentinalı hücumçu Mançester Siti'də

 Argentinanın "River Pleyt" klubunun futbolçusu Xulian Alvares karyerasını İngiltərədə davam etdirəcək.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Mançester Siti" 22 yaşlı hücumçunu transfer edib. "Şəhərlilər" argentinalı hücumçu ilə 5,5 illik müqavilə imzalanıb.

Gənc futbolçu yeni komandasına cari mövsümün sonunda qoşulacaq. O, hələlik "River Pleyt"də icarə əsasında çıxış edəcək. Premyer Liqa klubu bu transfer üçün qarşı tərəfə 26 milyon dollar ödəyəcək.

Qeyd edək ki, Xulian Alvares bu mövsüm Argentina çempionatında vurduğu 18 qolla bombardir olub.







Transfer